Hava

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət bərpa edilib

1 İyun 2023 00:16
Baxış: 1 317
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Göyçaya yağan güclü yağışdan sonra baş verən fəsadlar aradan qaldırılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu saatlarda Göyçay şəhərinin içməli su və qazın verilişi, naqillər bərpa edilib, aşan elektrik dirəklərinin bəziləri qaldırılıb. Bununla da şəhərin bəzi hissələrinə elektrik enerjisinin verilişi təmin olunub. Amma hazırda bir çox kəndlər hələ də işıqsızdır.

Şəhərin müxtəlif küçələrinə aşan iri gövdəli ağaclar kəsilərək ərazidən götürülüb. Qasırğa nəticəsində aşaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunu kəsən çinar ağacı da yoldan kənarlaşdırılıb. Bununla da avtomobillərin hərəkəti hər iki istiqamətdə bərpa edilib.

Hazırda rayon fövqəladə hallar komissiyası tərəfindən rayona dəyən zərər araşdırılır.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.