Video

Citroen qaynar sedan hazırlayıb - VİDEO - FOTO

5 Aprel 2014 15:55
0 Şərh     Baxış: 918
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Citroen şirkəti DS 5LS sedanın adına R əlavə etdiyi "qaynar" variantını məxfilikdən çıxartdı. Konseptin ictimai debütü aprelin sonunda Pekin avtosalonunda olacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, prototip hasilatı 300 a.g. və 400 Nm fırlanma anı olan 1,6-litrlik benzin turbomühərriki ilə təchiz edilib. Mühərrik sükanaltı ləçəklərlə idarə olunan sekvental transmissiya ilə aqreqasiya olunub. Sedanın dinamik xüsusiyyətləri açıqlanmır.

Citroen DS 5LS R 15 millimetr aşağı salınmış klirens, daha sərt asqı, 20 düymlük alüminium təkər diskləri və gücləndirilmiş əyləc mexanizmi əldə edib.

Prototipin salonu dəri və alkantara ilə üzlənib və karbon yerləşdirmələrlə bəzədilib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.