Türkiyə

Yanğında ölən Şahin üçün bu addımı atdı

1 Avqust 2021 17:07
4 Şərh     Baxış: 2 608
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Aleyna Tilki konsertindən əldə edəcəyi gəliri meşə yanğınlarında yanğınsöndürənlərə yardımçı olarkən həyatını itirən Şahin Akdemirin xatirəsini əbədiləşdirmək üçün xərcləyəcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni konsertdən qazanacağı gəlirlə Marmarisdə könüllü olaraq yanğınsöndürmə əməliyyatlarına qatılan 25 yaşlı Şahinin adına meşə salacaq.

"Sabah reallaşacaq İstanbul konsertimdən əldə edəcəyim gəliri yanğını söndürməyə cəlb olunan komandaya su və ayran daşıyarkən dönüş yolunda qəza keçirərək alovlar arasında həyatını itirən 25 yaşlı sevgili Şahin Akdemir adına "Xatirə Meşəsi" qurmaq üçün bağışlayıram. Məkanın cənnət olsun sevgili Şahin", deyə Aleyna sosial media hesabında paylaşım edib.
Qeyd edək ki, Türkiyədə günlərdir davam edən yanğınlar nəticəsində 2-si yanğınsöndürən olmaqla 5 nəfər həyatını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.