Türkiyə

Ərdoğanın qələbəsi üçün şükür namazı qıldılar

31 Mart 2014 09:24
1 Şərh     Baxış: 1 240
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərasim təşkilatçılarından olan Ramazan Özsarı xoca bütün inanclı şəxsləri bu addıma dəstək olmağa dəvət etmişdi

Türkiyədə bir qrup müsəlman seçki nəticələrinin təxmini olaraq məlum olmasından sonra şükür namazı qılmaq üçün Fatih Məscidinə axın edib.

Anspress-in xəbərinə görə, İstanbulda İsmailağa camaatına mənsub bir qrup müsəlman vətəndaş ötən gecə saat 05:00-də Fatih məscidində şükür namazı qılaraq, dua mərasimi təşkil ediblər.

Mərasim təşkilatçılarından olan Ramazan Özsarı xoca bütün inanclı şəxsləri bu addıma dəstək olmağa dəvət etmişdi.

Din xadimi Mahmud Usta Osmanoğlu xoca əfəndinin vəkili və eyni zamanda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da xocası olan Kamal Əfəndinin də gecə keçirilən dua proqramında iştirak etdiyi bildirilir.

Təşkil edilən mərasimdə Ərdoğan və hökumət üçün dua edilərək, xaos yaratmaq istəyən fitnəkarların və paralel sistemin çirkli əməllərini yox etmək üçün Allaha dua edilib.

Fatih Məscidinə həmin saatlarda çoxlu mömin axınının olduğu bildirilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.