Türkiyə

Həmin təyyarənin qalıqları tapıldı - Pilot həlak olub - FOTO

3 İyul 2025 13:33
Baxış: 990
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rizə-Bayburt-Ərzurum sərhədində qəzaya uğrayan yüngülmühərrikli M20J tipli təyyarənin qalıqları axtarış-xilasetmə qrupları tərəfindən tapılıb. 

Milli.Az haberler-ə istinadla xəbər verir ki, təyyarəni idarə edən pilot Mehmet Demirci hadisə nəticəsində həyatını itirib, qadın sərnişin Hicran Kaya isə yaralı halda xilas edilib.

Təyyarə Əskişəhərin Sivrihisar rayonundan havaya qalxaraq Rizəyə doğru istiqamətlənmişdi. Qəza baş verdikdən dərhal sonra Hicran Kaya təcili yardım xidmətinə zəng edərək, "Təyyarəmiz dağa çırpıldı. Harada olduğumuzu bilmirəm. Bizə kömək edin, ölürük," - sözləri ilə kömək istəmişdi.

Çağırışdan sonra Jandarma Axtarış və Qurtarma (JAK) qrupları bölgəyə göndərilib. Axtarışlara hərbi helikopterlər və ətraf əyalətlərdən gələn yardım qrupları da cəlb olunub. 

Milli Müdafiə Nazirliyi axtarış işlərinə iki gecəgörmə helikopterinin cəlb edildiyini açıqlayıb. Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.