Bolu Kartalkayadakı Grand Kartal otelində baş verən və 78 nəfərin ölümünə səbəb olan yanğınla bağlı daha 2 nəfər saxlanılıb. İstintaqda saxlanılanların sayı 14-ə yüksəlib. Nəzarətdəki 9 adamın bu gün ədliyyəyə sövq ediləcəyi öyrənilib.
-------
00:49
Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortundakı hoteldə baş verən yanğınla bağlı saxlanılanların sayı 12-yə çatıb.
Milli.Az xəbər verir ki, hoteldə yanğın yanvarın 21-də gecə baş verib. Hadisə zamanı orada ümumilikdə 238 qonaq olub.
Hadisə nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın insan xəsarət alıb.
Yanvarın 22-də ölkədə matəm elan edilib.
Milli.Az