MİT terror təşkilatı PKK/KCK-nın sözdə məsul şəxslərindən Serkan Nazlıeri zərərsizləşdirib.
Milli.Az xəbər verir ki, bu barədə MİT məlumat yayıb.
Məlumata görə, Türkiyədə həyata keçirilən terror aktlarının plançısı olan "Sefkan Amed" kod adlı terrorçu Nazlier hücumları həyata keçirəcək terrorçuların müəyyən edilməsi və istiqamətləndirilməsinə cavabdeh olub.Nazlıer eyni zamanda 2019-cu ildə Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqdakı baza ərazisinə raket hücumunu planlaşdıranlar arasında olub.
MİT-in hədəfləri siyahısında olan Nazlıerin yeri İraqın Hakurk çölündə aparılan araşdırmalar nəticəsində müəyyən edilib.Nazlıer əməliyyatla zərərsizləşdirilib.
Nərmin Mahmudova
Milli.Az