Türkiyə

Türkiyənin səhiyyə naziri istefa verib?

28 İyun 2024 11:10
Baxış: 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qocanın istefa verdiyi iddia edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd olunur ki, Ədalət və İnkişaf Partiyasının (AKP) üzvlərinin Kızılcahamam düşərgəsində səhiyyə sistemi ilə bağlı tənqidlərindən sonra nazir bu qərara gəlib.

Düşərgədə Antalyadan olan millət vəkili Tuğba Vural Çokal özəl xəstəxanada həyatını itirən qohumu haqqında danışıb və nazirliyin kifayət qədər yoxlama aparmadığını bildirib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Bildirilir ki, bu vəziyyətdən sonra Qoca ərizəsini Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.

F. Qoca iddialarla bağlı açıqlamasında bunları deyib: "Həyatda hər şey ola bilər. Önəmli olan millətə, dövlətə xidmət etməkdir".

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.