Türkiyə

Türkiyədə 17 yaşlı şagird müəllimini bıçaqladı - VİDEO - FOTO

30 Aprel 2024 23:57
Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə şagird müəllimini bıçaqlayıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankarada 17 yaşlı orta məktəb şagirdi məktəbə elektron siqaret gətirməsi barədə ailəsinə məlumat verən müəllimini ayağından bıçaqlayıb. 

Məktəbin birinci mərtəbəsindəki pilləkəndə pusquda duran şagirdin hücum anı təhlükəsizlik kamerasına anbaan düşüb.

Xəsarət alan müəllimə ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya göndərilib.

Müəllim müalicədən sonra evə buraxılıb.

Hadisə ilə bağlı araşdırmanın davam etdiriləcəyi bildirilir.

Fidan
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.