Türkiyə

İYİ partiyanın başqanı o seçildi

28 Aprel 2024 11:28
Baxış: 365
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin İYİ partiyasına yeni başqan seçilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "ATO Congresium"da keçirilən konqresdə Qrup sədri Koray Aydın və Qrup sədr müavini Müsavat Dərvişoğlu ümumi başqan seçkilərinin 3-cü turunda yarışıb.

Səsvermənin nəticələrinə görə, Müsavat Dərvişoğlu 1159 etibarlı səsdən 611-ni toplayaraq başqan seçilib. Koray Aydın isə 548 səs toplayıb.

Qurultayda partiyanın səlahiyyətli komitələri seçiləcək. Bu çərçivədə nümayəndə 50-si əsas, 25-i ehtiyat olmaqla 75 Ümumi İdarə Heyətinin üzvünü və 11-i əsas və 7-si əvəzedici olmaqla 18 Mərkəzi İntizam Şurasının üzvünü müəyyən edəcək.

Xatırladaq ki, Türkiyənin müxalif İYİ partiyasının sədri Meral Akşener partiya rəhbərliyinə yenidən namizəd olmayacağını açıqlamışdı.

Qeyd edək ki, 67 yaşlı Meral Akşener 2017-ci ildə yaradılan İYİ partiyasının qurucusu və ilk sədri olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.