Türkiyə

Türkiyənin yeni XİN rəhbəri görəcəyi işləri açıqlayıb

5 İyun 2023 13:03
Baxış: 1 530
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin xarici siyasətdə gücünü artırmağa davam edəcəyəm.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan deyib.

"Dövlətimizin və millətimizin bütövlüyü üçün hər cür dəstəyi göstərəcəyik. Türkiyənin Milli Kəşfiyyat İdarəsində (MİT) 13 il xidmət göstərdikdən sonra Xarici İşlər Nazirliyinə təyin olunduğum üçün Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm", - deyə o bildirib.

Qeyd edək ki, 3 iyun tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb.

Yeni kabinetdə xarici işlər naziri postunda Mövlud Çavuşoğlunu Milli Kəşfiyyat İdarəsinin rəhbəri Hakan Fidan əvəzləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.