Türkiyə

Türkiyə Prezidenti: Türkiyə üçün əsər yaratmağa və xidmət göstərməyə davam edəcəyik

3 İyun 2023 18:55
Baxış: 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sizləri bu tarixi mərasimimiz münasibəti ilə bu məkanda qəbul etməkdən böyük bir məmnuniyyət duyuram. Mərasimə qatılmağınızla əlaqədar hər birinizə ayrı-ayrı ayrı təşəkkür edirəm.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasimində bildirib.

Rəcəb Tayyib Ərdoğan seçkidə iştirak etdiyi üçün türk millətinin hər bir fərdinə təşəkkür edib: "Səs verməyə qatılan millətimin hər bir fərdinə təşəkkürümü çatdırıram. Xaricdən növbədə duraraq səs verən hər bir vətəndaşımıza, Türkiyədə zəlzələ bölgəsində səs verən, səslərinə sahib çıxan hər bir fərdimizə təşəkkür edirəm".

Seçkidə qələbə münasibəti ilə onu təbrik edən hər bir dövlət və hökumət başsçısına təşəkkürünü çatdıran Türkiyə Prezidenti qeyd edib ki, Türkiyəyə qarşı böyük sevginin qarşılığını ən gözəl şəkildə verməyə çalışacaq. O, bəzi dairələrin, KİV-lərin Türkiyədə seçkidə millətin iradəsinə təsir etməyə çalışdığını da unutmayacaqlarını vurğulayıb: "Türkiyə tarixinin ən önəmli seçimlərinin birini arxada qoydu. Türkiyəyə, Türk xalqına daha 5 il xidmət etmək şərəfinə nail olduq. Bunun könül coğrafiyamız, xalqımız üçün xeyirli olmasını arzulayıram. Türkiyə üçün əsər yaratmağa və xidmət göstərməyə davam edəcəyik. 85 milyonun hər birinə xidmət edəcəyik. İndiyə qədər xidmət göstərərkən heç kimin səsinin rənginə, dininə baxmadıq. Hər kəsi qucaqlamaq anlayışı ilə hərəkət edirik".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.