Türkiyə

Azərbaycandakı Türkiyə vətəndaşlarının nəzərinə! - Təkrar səsvermə...

16 May 2023 15:32
Baxış: 1 321
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Səfirliyi Azərbaycanda seçici kimi qeydiyyatda olan Türkiyə vətəndaşlarını prezident seçkilərinin ikinci turu üçün səsverməyə dəvət edib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyi öz rəsmi twitter hesabında məlumat verib.

Məlumata əsasən, prezident seçkilərinin ikinci turu üçün səsvermə 20-21-22 may tarixlərində saat 08:00-dan 22:00-dək səfirliyin binasında keçiriləcək.

Xatırladaq ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib.

Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib ki, bunlardan 88,92%-i ölkə daxilində, 52,69%-i xaricdə yaşayanlardır.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.