İdman

DÇ-2022: Niderland final mərhələsinə, Türkiyə və Ukrayna pley-offa vəsiqə qazanıb

17 Noyabr 2021 07:00
0 Şərh     Baxış: 1 475
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin avrozona üzrə oyunları başa çatıb. Son turda Türkiyə yəıması səfərdə monteneqroluları 2:1 hesabı ilə məğlub edərək, G qrupunu ikinci pillədə başa vurub.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyun Tükiyə yığması üçün heç də yaxşı başlamayıb. Hesabı erkən qolla 4-cu dəqiqədə ev sahiblərinin oyunçusu Fatos Beçiray açıb. Lakin 22 və 60-cı dəqiqələrdə Kerem Aktürkoğlu və Orkun Kökçünün vurduğu qollarla "ay-ulduzlular" səfərdə vacib üç xalı qazanıb.

Beləliklə, Türkiyə yığması Dünya Çempionatının final mərhələsinə çıxmaq uğrunda pley-offda mübarizə aparacaq.

G qrupunun digər oyununda 20 xalla qrupa başçılıq edən Niderland millisi doğma meydanda 19 xala malik Norveç seçməsini sınağa çəkib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Rəqib qapısına yolu Stiven Berqveyn və seçmə mərhələnin ən məhsuldar futbolçusu Menfis Depay tapıblar.

Gecənin bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

DÇ-2022-nin seçmə mərhələsi

10-cu tur
16 noyabr

D qrupu

Finlandiya - Fransa 0:2
Qol: Benzema, 66. Mbappe, 76.

Bosniya və Herseqovina - Ukrayna 0:2
Qol: Zinçenko, 59. Dovbik, 79.

Xal durumu: Fransa - 18, Ukrayna - 12, Finlandiya - 11, Bosniya və Herseqovina - 7, Qazaxıstan - 3.

E qrupu

Uels - Belçika 1:1
Qol: Mur, 32 - De Bruyne, 12.

Çexiya - Estoniya 2:0
Qol: Brabeç, 59. Şikora, 85.

Xal durumu: Belçika - 20, Uels - 15, Çexiya - 14, Estoniya - 4, Belarus - 3.

G qrupu

Cəbəllütariq - Latviya 1:3
Qol: Uolker, 7 - Qutkovski, 25. Uldrikis, 55. Krollis, 75.

Monteneqro - Türkiyə 1:2
Qol: Beçiray, 4 - K.Aktürkoğlu, 22. O.Kökcü, 60.

Niderland - Norveç 2:0
Qol: Berqveyn, 84. Depay, 90+1.

Xal durumu: Niderland - 23, Türkiyə - 21, Norveç - 18, Monteneqro - 12, Latviya - 9, Cəbəllütariq - 0.

Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya, İspaniya, İngiltərə və İsveçrə yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya, Şimali Makedoniya, İtaliya və Polşa millilərinin çıxış edəcəkləri dəqiqləşib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.