“Qəbələ” 3-cü pillədəki yerini 3 qolla möhkəmlətdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Premyer Liqasında II dövrənin ilk turu davam edir.
Milli.Az apasport.az-a istinadən bildirir ki, bu gün VIII turun daha bir oyunu keçirilib.
Günün yeganə matçı "ASK Arena"da olub. Mövsümə gözlənilmədən uğurlu nəticələrlə başlayan və birinci dövrəni 3-cü pillədə tamamlayan "Qəbələ" uğursuz starta baxmayaraq, son üç turda aktivinə 7 xal yazdıran "Keşlə"nin qonağı olub.
Son 3 turda qələbə qazana bilməyən əyalət təmsilçisi bu tilsimi səfər matçında qırıb. "Qırmızı-qaralar"ın 3 qoluna qəsəbə təmsilçisi 2 topla cavab verə bilib. Stefan Vukçeviçin 69-cu dəqiqədə qırmızı vərəqə alaraq "Qəbələ"ni meydanda azlıqda qoyması da qələbəyə mane olmayıb.
"Zirə" bir gün əvvəl məğlub olduğundan, Elmar Baxşıyevin yetirmələri 3-cü pillədəki mövqeyini möhkəmlədiblər.
Qeyd edək ki, dünən keçirilən oyunlarda "Sabah" "Sumqayıt"ı (3:0), "Neftçi" "Zirə"ni (2:1) məğlub edib. Tura sabah baş tutacaq "Səbail" - "Qarabağ" (19:00) görüşü ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
VIII tur
24 oktyabr (bazar)
16:00. "Keşlə" - "Qəbələ" - 2:3
Qollar: Aldair Neto, 38, Amil Yunanov, 90+7 - Ruan Renato, 23, Asif Məmmədov, 30, İsnik Alimi, 59
Qırmızı vərəqə: Stefan Vukçeviç, 69
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Eyyub İbrahimov, Kamal Umudlu
"Keşlə": 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev, 19. Azər Salahlı, 2. İlkin Qırtımov (k), 4. Şəhriyar Əliyev, 5. Kərim Diniyev, 11. Sadio Tounkara, 9. Anatole Abanq, 77. Merab Qiqauri, 72. Aldair Neto, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 8. Tural Axundov, 23. Nicat Qurbanov, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 25. Con Kamara, 17. Omar Qudiabi, 50. Samir Abdullayev, 95. Rəhman Daşdəmirov
Baş məşqçi: Sənan Qurbanov
"Qəbələ": 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 6. Kamal Mirzəyev, 10. Omar Hani, 9. Fernan Lopes, 77. Emil Səfərov, 88. Gülağa Əsədov
Baş məşqçi: Elmar Baxşıyev
"ASK Arena"
|
1 |
Qarabağ |
7 |
5 |
2 |
0 |
13-4 |
17 |
|
2 |
Neftçi |
8 |
5 |
2 |
1 |
16-9 |
17 |
|
3 |
Qəbələ |
8 |
4 |
3 |
1 |
15-8 |
15 |
|
4 |
Zirə |
8 |
3 |
3 |
2 |
10-8 |
12 |
|
5 |
Sumqayıt |
8 |
2 |
2 |
4 |
5-8 |
8 |
|
6 |
Keşlə |
8 |
2 |
1 |
5 |
8-14 |
7 |
|
7 |
Səbail |
7 |
2 |
0 |
5 |
5-15 |
6 |
|
8 |
Sabah |
8 |
1 |
1 |
6 |
6-12 |
4 |
Bombardirlər: Davit Volkov ("Zirə") - 5 qol, Ülvi İsgəndərov ("Qəbələ"), Filip Ozobiç ("Qarabağ") - 4 qol
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Aftandil Qurbanov vəfat etdi
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Sabirabadda uşaq ölü doğulub





