İdman

Qətərdə "Əl-Tumama" stadionu açılıb

23 Oktyabr 2021 07:45
0 Şərh     Baxış: 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının oyunlarını qəbul edəcək "Əl-Tumama" stadionu istifadəyə verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Dünya Çempionatın keçirilməsi və mirası üzrə Ali Komitənin mətbuat xidməti bildirib.

Stadion Qətərin paytaxtı Dohada yerləşir. Bu, Qətər memarı İbrahim Cayda tərəfindən layihələndirilən ilk stadiondur.

Stadion 40 min tamaşaçı tutumuna malikdir.

Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantino bildirib: ""Əl-Tumama" stadionu ölkə üçün böyük əhəmiyyət kəsb edən daha bir sənət əsəridir. Mənim arzum tezliklə Yaxın Şərqdə keçiriləcək ilk dünya çempionatının şahidi olmaqdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.