İdman

Vüsal İsgəndərli komandasına qələbə qazandırdı

23 Oktyabr 2021 19:26
0 Şərh     Baxış: 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Türkiyə TFF I liqasında növbəti oyununa çıxıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, yarımmüdafiəçinin komandası "Keçiörengücü" X turda "İstanbulspor"u qəbul edib.

Matça ehtiyatdan başlayan Vüsal 61-ci dəqiqədə, hesab 1:1 olarkən meydana daxil olub. Məhz onun 90+7-ci dəqiqədə vurduğu qol "Keçiörengücü"yə 3:2 hesablı kritik qələbə qazandırıb.

Qələbə sayəsində xallarının sayını 7-yə çatdıran "Keçiörengücü" turnir cədvəlində sonuncu pillədən qurtulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.