"Sizin sözünüzlə çıxıb gedə bilmərəm" - Ramin Quliyev
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qarabağ"dan çox danışmağa ehtiyac yoxdur. Oyuna ciddi hazırlaşmışdıq. Baxmayaraq ki, heyətdə 4-5 futbolçu yox idi. Yenə də, komanda bu matçda yaxşı çıxış etdi. Oyunun gedişində azlıqda qalsaq da, meydanda həqiqi komanda gördüm. Ötən il də yaxşı oyunlarımız vardı. Bu gün məğlub olsaq da, komandada xarakter gördüm. Komandanın bu oyunu qürurvericidir".
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 7-ci turunda "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, Xulio Sezar Rodrigesin qırmızı vərəqə aldığı epizoda yenidən baxacaqlarını bildirib: "İndi nəsə demək çətindir. Birbaşa qırmızı almaq ciddi məsələdir. Onunla söhbətimiz olacaq".
Baş məşqçi matçdan sonra klub prezidenti Maqsud Adıgözəlovun komandaya təşəkkür etdiyini söyləyib. "Mükafat haqqında söhbət olmadı. Elə vəziyyətdir ki, mükafat olsa da, futbolçular onu götürməyə cəsarət edə bilməz. Futbolçuların mənliyi buna icazə verməz".
R.Quliyev 7 oyuna 1 xal qazanmaqları bağlı isə deyib: "Mən məcburam ki, hər oyundan sonra açıqlama verim. Bu 7 oyunda ən əziyyət çəkdiyim matçdan sonra bura gəlməkdir. Bəlkə də Azərbaycanda ardıcıl 7 turda məğlub olan yeganə komanda bizik. Ehtiyat skamyamıza baxsanız, hamısı gənc oyunçulardır. Petar Skuletiç ağrıkəsici iynə ilə oyuna çıxmışdı. Amma bu, bəhanə deyil. Komandanı bir araya yığa bilmirik. Dünən Dani Sebalyos adi epizodda zədələndi. Hər şey sanki bizim əleyhimizə işləyir".
Quliyev deyib ki, məğlub olan baş məşqçinin istefaya göndərilməsi ilə edilən söz-söhbət normaldır: "Mənim üçün rəhbərliyin fikri daha önəmlidir. Onların verdiyi qərar qanundur. "Qarabağ"ın adı elə motivasiyadır. Bu oyun bəlkə də, nəyinsə başlanğıcı olacaq. Amma bunun istefa məsələsinə necə təsir edəcəyini deyə bilmərəm. Siz məsələnin içini bilmirsiniz deyə, belə danışırsınız. Sizin sözünüzlə çıxıb gedə bilmərəm. Bu, mənim üçün normal haldır. Rəhbərliklə aramızdakı söhbətlərdən xəbəriniz yoxdur. Ona görə də məni başa düşün".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xames Rodrigesin yeni klubu bəlli oldu
-
Harri Keyn nadir rekordu təkrarladı
-
Useyn Bolt 13 il sonra sevgilisinə evlilik təklifi etdi: 3 uşaqları var - (Foto)
-
Formula 1 10 il - Turizmə və biznesə töhfəsi - (Fotolar)
-
Noyer Tomas Mülleri geridə qoyub rekord qırdı
-
“Neftçi” “İmişli”yə qarşı - Premyer Liqada V tura start verilir
XƏBƏR LENTİ
-
Şəkidə 4 nəfəri çaqqal dişlədi
-
İradə İbrahimova konsertində göz yaşları tökdü: “Onu itirdim” - (Video)
-
Türkiyədə inşaat ustası həftəsinə 39 min manat qazanır - (Video)
-
Əminə Şirinin səhhətində problem yarandı: "3 gün ayağa qalxa bilmədim" - (Video)
-
"Şəki yaylası"nda problem dəfələrlə olurmuş... - Görüntülər yayıldı - (Video)
-
Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
-
Xames Rodrigesin yeni klubu bəlli oldu
-
Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
-
Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
-
AKİ-yə sədr seçildi
-
O məni yalandan istədi - Nigar Tofiq
-
Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib
-
Harri Keyn nadir rekordu təkrarladı
-
40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb - Hikmət Hacıyev
-
Qızıl almaq istəyənlərin diqqətinə
-
Useyn Bolt 13 il sonra sevgilisinə evlilik təklifi etdi: 3 uşaqları var - (Foto)
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Azərbaycanda rəis müavinini elektrik cərəyanı vuraraq öldürdü
-
İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi
-
Diplomatik korpusun nümayəndələri Xankəndiyə çatıblar - (Video/Foto/Yenilənib)
-
İran Prezidenti Hindistana getdi
-
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir





