İndi "Sumqayıt"a 3 il əvvəl olduğu kimi yanaşılmır"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azarkeşlərimizi təbrik edirəm. Hər iki komandanın fanatları 90 dəqiqə dayanmadan oyuna rəng qatdılar. Bizim üçün bu oyunda xal qazanmaq önəmli idi. Fasilədən sonra 3 gün ərzində bu oyuna kökləndik. Rəqib komandanın baş məşqçisi Samir Abasovun işi göz önündədir. Yerli mütəxəssis kimi çempionluq qazanıb. Pis oynamadıq, uda da, uduza da bilərdik. 1 xal qazandıq. İkinci dövrədə ilk dövrədəki səhvləri düzəltməyə çalışacağıq".
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 7-ci turunda "Neftçi" ilə evdə heç-heçə etdikləri oyundan (1:1) sonra deyib.
"Ötən mövsüm ilk dövrəni birinci pillədə bitirmişdik. Futbolçularımız öz səviyyələrini artırmalıdır. Oyun baxımından fərq yoxdur. Yeganə fərq az xal qazanmağımızdır. İndi "Sumqayıt"a 3 il əvvəl olduğu kimi yanaşılmır. İndi bizdən hər matçda yaxşı oyun gözləyirlər. Bu, bir tərəfdən yaxşı olsa da, üzərimizdə əlavə təzyiq yaradır. Gənc futbolçularımız var, onlar inkişaf etməlidirlər. Bir qədər səbrli olmalıyıq. Zəiflik göstərsək, bizə çətin olacaq" - deyə o bildirib.
A.Abbasov daha sonra deyib: "Qolumuzu Murad Xaçayev vurdu. Variantlarımız çoxdur. Kollektiv oyuna daha çox üstünlük veririk. Rəhim Sadıxov və Əli Qurbani isə oyunumuzu tamamlayır. Rəqibin hücumlarının qarşısını almaq üçün çalışırıq. Komandada hansı problemlərin olduğunu bilirəm, amma bunları açıqlamağı düzgün saymıram. İkinci dövrədə ilk dördlükdən qopmamağı qarşıya məqsəd qoymuşuq. Mübarizə sonadək gedəcək.
Əli Qurbani zədədən yeni qayıtmışdı. Meydanda təqribən 70-75 dəqiqə saxlamaq istəyirdik. Elə alındı ki, əvəzlənməyə yaxın zədə aldı. Amma inanmıram ki, ciddi olsun".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Aftandil Qurbanov vəfat etdi
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi





