Utanmasan, oynamağa nə var ki... - Kişilərimizdən geri qalmayan qadınlarımız
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qadın futbolçularımızın dünya çempionatının seçmə mərhələsində Danimarkaya 0:8 hesabı ilə uduzması diqqətləri yenidən AFFA-ya yönəltdi.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, xanımlarımızın "parlaq" nəticəsi azarkeşlərin növbəti dəfə assosiasiyanı "xoş sözlərə" qonaq etməsinə səbəb oldu.
İlin əvvəlində İspaniya ilə matçdakı 0:13 hesabı yaddan çıxmamış xanımlarımız danimarkalılara qarşı da əsl qonaqpərvərlik göstərdi. 0:8-ləri, ikirəqəmli məğlubiyyətləri Siyasət Əsgərov hələ çox görəcək. Çünki gedişat onu göstərir ki, komanda 20 top da buraxsa, nə Əsgərov istefa verəcək, nə də AFFA ondan vaz keçəcək.
Dünyanın ən zəif yığmasında belə, ardıcıl ağır yenilgilərdən sonra baş məşqçi utandığından istefa verər. Və ya onu həmin vəzifəyə gətirən qurum səhvini başa düşüb yolları ayırar. Ancaq görünən odur ki, Əsgərov nəticələri, AFFA isə ictimai qınağı vecinə almır. Utanmasan, oynamağa nə var ki...
Əslində qadın futbolçularımızı da çox qınamaq istəmirik. Etiraf edək ki, Azərbaycanda qadın futbolu var olmaq üçün yaşayır. Qızların futbol sevgisini əlindən almaq olmaz, oynasınlar. Onlara görə UEFA-dan müəyyən məbləğdə pul gəlir, ümid etmək istəyirik ki, AFFA da həmin pulu səmərəli xərcləyir. Sadəcə, qadın futboluna dəyərindən artıq pul tökmək də itkidir. Elə kişi futbolundakı kimi.
Ömür boyu qadın futbolumuz aşağı-yuxarı bu vəziyyətdə olub, belə də davam edəcək. Dərd orasındadır ki, kişilərdən ibarət yığmalarımızın da əllərindən illərdir azarkeşləri məyus etməkdən başqa iş gəlmir. Varlığı ilə yoxluğu bilinməyən qadınların Danimarkaya 0:8 uduzması ilə yollarında bir ətək pul tökülən kişilərin Lüksemburqa 1:2 hesablı yenilgisi arasında elə böyük fərq də yoxdur axı. Guya kişilərdən ibarət yığmamız nə gündədir?
Halbuki AFFA rəhbərliyi oturub-durub uşaq futbolundan, perspektivdən, gələcəkdən nağıllar danışır. Kimlərsə nəyinsə xatirinə həmin nağıllar altında yuxuya gedir. Amma unudurlar ki, zaman keçir, vaxt uçur, zərbə isə Azərbaycan futboluna dəyir.
P. S. AFFA dünənki matçdan sonra rəsmi saytını bir anda o qədər xəbərlə doldurdu ki, yığmanın oyunu əsas səhifədən çıxdı. Bu da uğursuzluğu örtməyin bir başqa yoludur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xames Rodriges millidən getdi
-
Sumqayıtda ağır qəza - Ölən və yaralanan var
-
Məkkəyə hücum cəhdi - Dron məhv edildi - (Foto)
-
UEFA Avropa Liqası: İlk turun matçları
-
Qadın köhnə peçenye qutusunu açdı - İçindən 259 min manatlıq sərvət çıxdı
-
TDT-nin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir - (Foto)
-
Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var - (Video)
-
Trampın sərvəti açıqlandı
-
Azərbaycan neftinin qiyməti 128 dollara çatdı
-
40 trilyon dollarlıq borc və müharibə: ABŞ-ı nə gözləyir?
-
Gülay Zeynallı tanımaz halda - (Video)
-
Azərbaycan AMERİPOL-da strateji tərəfdaşa çevrilir
-
Neftin qiyməti ucuzlaşdı
-
Messi Argentina millisində vida matçına çağırıldı
-
Paytaxtın 10 küçəsində tıxac var
-
Telefon qabınızın altına dəfnə yarpağı qoyun
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə





