"Qarabağ" Premyer Liqanın 2-ci turunda "Səbail"lə görüşü tam heyətlə başa vura bilməyib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, matçın 83-cü dəqiqəsində Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda zədələnib. Əzələsi dartılan 32 yaşlı yarımmüdafiəçi meydanı xərəkdə tərk edib.
"Qarabağ" buna qədər hər üç oyunçu dəyişkliyindən istifadə etdiyindən görüşün sonunu azlıqda keçirməli olub. Bununla belə, Qurban Qurbanovun komandası 3:0 hesablı üstünlüyünü qoruyub və qələbə qazanıb.
Milli.Az