Mahirin göz yaşlarına polşalı azarkeşlərin reaksiyası
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Polşa Superkubokunda dünən "Legiya" ilə "Rakov" qarşılaşıb.
Milli.Az offsideplus.az-a istinadla xəbər verir ki, Mahir Emrelinin 90+3-cü dəqiqədə vurduğu bərabərlik qolu sayəsində oyunun taleyi penalti zərbələrində həll olunub. Baş məşqçi "nöqtə"yə yaxınlaşmalı olan futbolçulardan biri kimi həmyerlimizi görüb. Lakin Mahirin vurduğu top dirəyə tuş gəlib. Nəticədə "Legiya" penalti zərbələrinin yekununda məğlub olub.
Hakimin final fitindən sonra Emreli göz yaşlarını saxlaya bilməyib. Futbolçular başına yığılaraq, ona ürək-dirək veriblər. Azarkeşlər isə klubun "feysbuk" səhifəsində millimizin üzvünə bu sözlərlə sahib çıxıblar.
Matuesz Pietrzak: "Heç nə baş verməyib. Mahir Emreli, sən komandamızın əsas parçası olacaqsan. Var uğur, var bəxtsizlik. Bunlar futbolun ayrılmaz hissəsidir. Mahir olmasaydı, penalti zərbələrini də izləməyəcəkdik. Bu oğlana halaldır. Nəhayət ki, üzləri güldürən transfer gördük. Mahir, biz artıq səni sevirik. Sən ailəmizin bir parçasına çevrilmisən. Hiss olunur ki, klub üçün ürəyi yanır və məğlubiyyətə görə ağrı çəkir. Legioner belə olmalıdır! Bu centlmen futbolçunu çox bəyənirəm".
Bartek Malasek: "Mahir "Legiya"ya böyük sevinc və uğurlar yaşadacaq. Həmin uğurlar Superkubokdan da vacib olacaq. Hələ indi başlayıb, qolları irəlidədir. Başını dik tut, Emreli"!
Lukasz Jakarewski: "Mahir, üzülmə! Sən olmasaydın, penaltilər də olmayacaqdı".
Kamil Pawlik: "Komandaya yeni gəlib, amma hamı onu sevir. Çox yaxşı transferdir"
Szymon Kopical: "Emreli meydanda ən yaxşılardan idi. Bəzi yarımmüdafiəçilərdən fərqli olaraq başını dik tutmalıdır. Sənə üzülmək yaraşmır, Mahir"!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib
-
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər
XƏBƏR LENTİ
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib
-
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ - Könül Kərimova





