İdman

"Uelsə özünü səfərdəki kimi hiss etdirməyə çalışacağıq" - Burak Yılmaz

15 İyun 2021 19:27
Baxış: 863
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Öz aramızda keçirdiyimiz toplantılarla problemimizi həll etdiyimizi düşünürəm. İtaliya ilə oyundan dərslər çıxarsaq, Uels və İsveçrə ilə görüşlərdə qələbə qazana bilərik".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə millisinin kapitanı Burak Yılmaz Avro-2020-nin qrup mərhələsinin 2-ci turunda sabah Uelslə Bakıda keçiriləcək oyun öncəsi təşkil edilən mətbuat konfransında deyib.

36 yaşlı hücumçu Bakıda keçiriləcək iki oyunda 6 xal qazanmağı hədəflədiklərini bildirib: "Sabah hər zamankı oyunumuzu izlətdirəcəyimizi düşünürəm. İtaliya ilə matçdan sonrakı ilk iki gündə çox pis durumda idik. Amma baş məşqçinin də sayəsində özümüzə gəldik. Bakıdakı oyunlarda hədəf 6 xal qazanmaqdır".

Burak Yılmaz sabah Uels millisinin Bakı Olimpiya Stadionunda səfər, Türkiyə yığmasının isə ev oyununa çıxacağını vurğulayıb: "Bütün Azərbaycan xalqına təşəkkürümüzü bildiririk. Onlar bizim qardaşlarımız, dostlarımızdır. İlk gündən bizi öz evimizdəki kimi hiss etdirdilər. Bu dəfə öz meydanımızda oynayacağıq. İtaliyada əsl səfər oyununa çıxmışdıq. Azərbaycan xalqının bizimlə olduğunu bilirik. Sabah da Uelsə özünü səfərdəki kimi hiss etdirməyə çalışacağıq".

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - Türkiyə oyunu saat 20:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.