UEFA Avro-2020-nin matçlarına azarkeş buraxılmasına görə təminat təqdim etməyən ev sahibi şəhərlərə əlavə vaxt verib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Dublin, Münhen və Bilbao ilə danışıqlar hələ yekunlaşmayıb.
Əvvəlcə UEFA təminatın üçün son tarixi bu günə planlaşdırsa da, qitənin ali futbol qurumu ev sahiblərinə daha 4 gün vaxt verib.
Avro-2020 11 iyundan-11 iyuladək 12 şəhərdə keçiriləcək. Bakı A qrupunun üç və 1/4 final mərhələsinin bir oyununu qəbul edəcək
Qeyd edək ki, Bakı UEFA-ya Olimpiya stadionunun tututmunun 50 faizi nisbətində azarkeşin buraxılacağına təminat verib.
Milli.Az