"Dənizlispor"un baş məşqçisi Hakan Kutlu istefa verib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 48 yaşlı mütəxəssis Superliqanın 35-ci turunda "Ərzurumspor"a uduzduqları matçdan (2:3) sonra belə qərar verib.
O, bu ildən komandanı çalışdırırdı.
Qeyd edək ki, "Dənizlispor" hazırda turnir cədvəlində 26 xalla 21-cidir.
Milli.Az