İdman

Simeone rekordu təkrarladı

1 Mart 2021 12:59
Baxış: 1 021
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dieqo Simeone baş məşqçisi olduğu "Atletiko"nun tarixinə düşüb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, La Liqanın XXV turunda "Vilyarreal" üzərində qazanılan 2:0 hesablı qələbə argentinalının bu postda 308-ci uğuru olub.

Simeone "Atletiko"nun tarixində ən çox qələbə qazanan Luis Araqonesin rekordunu təkrarlayıb. Lakin cənubi amerikalı buna daha az oyunda nail olub. O, Madrid təmsilçisini 512, ispaniyalı 612 matça çıxarıb.

Qeyd edək ki, "Atletiko" hazırda La Liqanın lideridir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.