İdman

Zidandan qələbə şərhi

25 Fevral 2021 13:35
Baxış: 898
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bizim üçün çətin idi, amma nəticə yaxşıdır. Bu, vacib bir qolun nəticəsidir, amma cavab görüşündə qələnə qazanmalı olduğumuzu bilirik. Bu, ən yaxşı oyunumuz deyildi.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 finalında səfərdə "Atalanta"ya 1:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra deyib.

Fransalı mütəxəssis fiziki cəhətdən güclü futbolçulara qarşı oynadıqlarını söyləyib: "Rəqib müdafiədə yaxşı oynadı. Buna baxmayaraq, mübarizəyə davam etdik və qol vurduq".

O, rəqib komandanın 17-ci dəqiqədən azlıqdan qalmasına da münasibət bildirib: "Bunun həddindən artıq ağır cəza olub-olmadığını bilmirəm. Ən yaxşı oyunumuzu oynamadıq, amma əsas olan qələbədir. Ancaq 10 futbolçuya qarşı oynamağımız bizdən asılı deyildi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.