İdman

"Nəyin bahasına olursa-olsun..." - Pirlo

9 Fevral 2021 18:17
Baxış: 1 029
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yuventus"un baş məşqçisi Andrea Pirlo  İtaliyanın kubokunun yarımfinalında "İnter"lə cavab oyunu öncəsi fikirlərini bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, finala çıxmaq şanslarının olduğunu söyləyib: "Bu, qarşıdurmanın cavab görüşüdür. Finala çıxmaq şansımız var və bu, nəyin bahasına olursa-olsun nail olmağımız lazım olan hədəfimizdir. Oyuna düzgün köklənməliyik, bu, bizim üçün final matçı kimi olacaq. Diqqəti cəmləşdirmək vacibdir. İtkilər bizi çox şey əldə edə biləcəyimizə və düzgün münasibətə sahib keyfiyyətli oyunçularımız olduğuna inandırdı".

Qeyd edək ki, "Yuventus" - "İnter" görüşü bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bu komandalar arasında ilk oyunda Turin klubu 2:1 hesabı ilə qalib gəlib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.