İdman

Lionel Messi son 10 ildə dünyanın ən yaxşısı seçilib

7 Fevral 2021 15:26
Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son 10 ildə dünyanın ən yaxşı futbolçularının siyahısı açıqlanıb.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) cədvəlinə Lionel Messi başçılıq edir.

Argentinalı 2011-20-ci illərdə planetin ən yaxşısı olub. Onilliyin ikincisi adına portuqaliyalı Kriştiano Ronaldo layiq görülüb. İspaniyalı Andres İnyesta siyahıda üçüncü olub.

İlk "onluq"da yalnız İspaniya iki futbolçu ilə təmsil olunub. Digər 8 oyunçu fərqli ölkələrin nümayəndələridir.

1. Lionel Messi (Argentina)
2. Kriştiano Ronaldo (Portuqaliya)
3. Andres İnyesta (İspaniya)
4. Neymar (Braziliya)
5. Serxio Ramos (İspaniya)
6. Manuel Noyer (Almaniya)
7. Robert Levandovski (Polşa)
8. Canluici Buffon (İtaliya)
9. Zlatan İbrahimoviç (İsveç)
10. Luka Modriç (Xorvatiya)

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.