İdman

"Yaya qədər gözləmək istəmirəm" - Xedira

15 Dekabr 2020 18:28
Baxış: 632
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yuventus"un futbolçusu Sami Xedira klubu tərk etməyə hazırlaşır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bu qış transfer pəncərəsində Turin təmsilçisindən ayrılmaq istədiyini deyib:

"Yeni təkliflərə açığam. Çətin günlər keçirdim və yenidən oynamaq, gündən-günə qələbə üçün çalışmaq istəyirəm. Bu, həqiqətən də istədiyim bir şeydir. Hələ də güclü enerjiyə sahib olduğum üçün yaya qədər gözləmək fikrində deyiləm. Artıq yanvar ayında gedə bilərəm. Dəyişikliklər olması realdır. Özümü buna kökləmişəm".

Qeyd edək ki, Xediranın "Yuventus"la hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayına qədərdir. O, 2015-ci ildən bu komandada çıxış edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.