İdman

İskonun qiyməti açıqlandı

22 Noyabr 2020 08:04
Baxış: 447

"Real Madrid"in futbolçusu İsko klubdan ayrılmağa qərar verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispan yarımmüdafiəçinin agentinin qərar barədə klub rəhbərliyini xəbərdar etdiyi bildirilib. "Real"ın 28 yaşlı oyunçunu satmağa razılıq verdiyi vurğulanıb. Madrid təmsilçisinin oyunçunun 60-70 milyon avroya satmaq hazır olduğu yazılıb.

Qeyd edək ki, İskonun La Liqa klubu ilə müqaviləsi 2022-ci ilin yayı başa çatır.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.