İdman

Çempionlar Liqasında “Liverpul”dan ilk

28 Oktyabr 2020 11:17
Baxış: 1 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Liverpul" klubu ilkə imza atıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Yurgen Kloppun yetirmələri Çempionlar Liqasının ilk iki oyununda qol buraxmayıb.

İlk turda "Ayaks"ı 1:0, dünən keçirilən II tur görüşündə "Midtülland"ı 2:0 hesabı ilə məğlub edən "mersisaydlılar" indiyədək heç vaxt ilk iki matçı qol buraxmadan başa vurmamışdı.

Eyni zamanda "Liverpul" tarixində ikinci dəfə qrup mərhələsinə ardıcıl iki qələbə ilə başlayıb. İlk belə nəticə 2008/09 mövsümündə qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.