İdman

Messidən tarixi rekord

21 Oktyabr 2020 17:09
Baxış: 1 476
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın kapitanı Lionel Messi Çempionlar Liqasında tarixi rekorda imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu buna qrup mərhələsinin 1-ci turunda ötən gün keçirilən "Ferentsvaroş"la matçda (5:1) qol vurmaqla nail olub. 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən argentinalı oyunçu turnirin ardıcıl 16 mövsümündə  (2005/06-cı illər mövsümündən bu günədək) fərqlənməyi bacaran ilk futbolçu kimi tarixə düşüb.
 
Qeyd edək ki, Messi bu mövsüm bütün çempionatlar  daxil olmaqla 5 oyuna çıxaraq, 2 qol vurub və 3 qolun ötürməsini verib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.