"Müharibə məni qorxutmur" - "Neftçi"nin futbolçusu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Neftçi"nin yeni transferi Bruno Telüşi "ağ-qaralar"a keçidini şərh edib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı albaniyalı yarımmüdafiəçi paytaxt klubu ilə müqavilə imzalamasından, həmçinin ölkəmizdəki hərbi vəziyyətdən də danışıb:
"Açığı, əvvəlcə "Partizan"ı gözləyirdim. Sonra "Kukesi"nin baş məşqçisi Şkender Qeqadan təklif gəldi. Onun istəyi məni iki dəfə düşünməyə qoymadı. Üstəlik, klub uzun müddət xidmətimdə maraqlı idi. Şərtlər yerinə yetirildi, müqavilə bağladım. Daha sonra gözləmədiyim anda "Neftçi"dən dəvət aldım. Hər şey düşündüyümdən tez baş verdi. Hazırda bu komandadayam. Özümü yeni macəraya hazır hiss edirəm.
"Kukesi" ilə müqaviləmdə belə bir bənd var idi ki, daha yaxşı təklif gəlsə, gedə bilərəm. Ümumiyyətlə, rəhbərlik bu məsələdə mənə mane olmadı. Əksinə, işimi asanlaşdırdılar. Buna görə onlara təşəkkür etməliyəm.
Azərbaycana gəldikdə isə düzdür, müharibə başlayıb. Amma bu, çoxdan davam edir. Hətta bunu kiçik müharibə adlandırırlar. Bu, məni qətiyyən narahat etmir. Qorxu üçün heç bir əsas yoxdur. Məni narahat edən yeganə məqam internetdir. Sürət çox zəifdir və ailəmlə normal ünsiyyət qura bilmirəm (gülür). Hər futbolçu ölkə xaricində oynamaq istəyir. Bu, irəliyə doğru böyük addım atmaq və özünü göstərmək üçün fürsətdir. Mən də bunu istəyirəm. Arzuma çatdığım üçün şadam. Karyeramda irəliləmək şansım var. Çox yaxşı komandaya gəlmişəm. Özümü rahat hiss edirəm".
Qeyd edək ki, "Neftçi" Bruno Telüşi ilə mövsümün sonunadək müqavilə bağlayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
-
Bakıda evdən 18 yaşlı qızın meyiti tapıldı
-
2 gün leysan yağacaq - Xəbərdarlıq
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
Yasamalda avtomobil yandı - (Video)
-
İndoneziyada güclü zəlzələ oldu
-
Əli Əsədov iclas keçirdi
-
İsmail Kartal yoxa çıxdı
-
Rüstəm Cəbrayılovun 3-cü dəfə evləndiyi xanımı ilə Fotoları
-
AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib - (Foto)
-
Orta ixtisas müəssisələrinə qəbulun nəticələri açıqlandı
-
Nigarın keçmiş nişanlısı danışdı: "Durduq yerdə aldadıb qaçmışam?”
-
Əkrəm İmamoğlu 2 il 1 ay həbs cəzasına məhkum edildi
-
Azərbaycanda məşhur bank bağlanır
-
“Sabah” ÇL-in tarixinə düşdü
-
REDMI Note 17 Series Azərbaycanda satışa çıxır - (Foto)





