İdman

“Qalatasaray” yeni qapıçı ilə anlaşdı

2 Avqust 2020 15:05
Baxış: 2 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Qalatasaray" klubu yeni futbolçu ilə anlaşıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, İspaniyanın "Atletik" klubunun qapıçısı İaqo Herrerin karyerasını İstanbul təmsilçisində davam etdirəcək.

Əsas qolkiperi Fernando Muslera zədələndiyi üçün bu mövqeyə oyunçu axtaran "sarı-qırmızılar" ispaniyalını icarəyə götürmək barədə razılıq əldə edib. Bilbao klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq İaqo bir il icarədə olduqdan sonra azad agent olacaq.

Qeyd edək ki, Herrerin son mövsümdə cəmi 9 matçda meydana çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.