İdman

Məşhur klub növbəti mövsüm Üçüncü Liqada mübarizə aparacaq

22 İyul 2020 03:03
Baxış: 1 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur İspaniya klubu "Deportivo" növbəti mövsüm Üçüncü Liqada mübarizə aparacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 1999-2000-ci il mövsümündə İspaniya çempionu olan "Deportivo" 2017/2018-ci mövsümündə La Liqadan ikinci Liqaya düşüb. Klub 2019/2020-ci il mövsümündə Sequndanı tərk edib. Komanda Sequndada qalmaq üçün "Fuenlabrada"nı məğlub edib rəqiblərinin xal itirməsini gözləməli idi. Ancaq pozitiv çıxan koronavirus testləri səbəbindən oyun təxirə salınıb. Digər oyunlarda qeydə alınan nəticələrdən sonra isə klubun Üçüncü Liqaya düşməsi dəqiqləşib.

Klub sonuncu dəfə 40 il əvvəl Sequndadan aşağı liqada mübarizə aparıb.

Qeyd edək ki, "Deportivo" ilə yanaşı, "Rasinq", "Numansia" və "Estremadura" klubları da Üçüncü Liqaya yuvarlanıb. "Hueska" və "Kadiz" komandaları isə La Liqaya yüksəliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.