İdman

Bottas "Formula-1"in start mərhələsinin qalibi oldu

6 İyul 2020 07:35
Baxış: 870
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mercedes" komandasının finlandiyalı pilotu Valtteri Bottas "Formula-1" üzrə Avstriya Qran Prisinin qalibi olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, mövsümün start mərhələsində ikinci yeri "Ferrari"nin monakolu pilotu Şarl Lekler, üçüncü yeri isə "McLaren" komandasının britaniyalı pilotu Lando Norris tutublar.

"Formula-1" üzrə altıqat dünya çempionu Lyuis Hemilton ("Mercedes" komandası) yarışı ikinci yerdə başa vurub, lakin 5 saniyəlik cəriməyə görə onun adı dördüncü yerə yazılıb.

Avstriya Qran Prisinin finiş xəttini 20 pilotdan yalnız 11-i keçib. Digərləri müxtəlif səbəblərdən finişə çata bilməyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.