Azərbaycan Milli Olimpiya Komitəsi kanadalı professorun hesabatına münasibət bildirib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyunun 5-də "insidethegames.biz" saytında kanadalı professor Riçard Maklarenin Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) sabiq prezidenti Tamaş Ayanın quruma rəhbərlik etdiyi dövrdəki fəaliyyəti barədə iddialar üzrə müstəqil qaydada apardığı və nəticələrini açıqladığı araşdırma-hesabat dərc olunub. Hesabatda Azərbaycan idmançıları ilə bağlı məsələlərə də toxunub. Belə ki, iddiaya görə Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) 2016-cı ildə IWF prezidenti Tamaş Ayana təşəkkür məktubu yazaraq, əvvəllər etdiyi köməyə görə təşəkkür edib.
Milli.Az bildirir ki, MOK-un mətbuat xidmətindən Trend-ə bildiriblər ki, hesabata əsasən, bu kömək 2013-cü ildə qadağan olunmuş preparatları qəbul edərək dopinq cəzasına məruz qalmış 18 azərbaycanlı ağır atletin həmin cəzanın tətbiqinin gecikdirilməsi və onların həmin ilin dekabr ayında Bakıda keçirilən nüfuzlu Beynəlxalq Qran-Pri yarışında iştirakına imkan verilməsindən ibarət olub. Mütləq şəkildə bildirilməlidir ki, iddianın heç bir əsası yoxdur və absurd olduğu aşkardır. Belə ki, Ümumdünya Antidopinq Məcəlləsinə əsasən antidopinq qayda pozuntusunu törədən idmançının dopinq nəzarəti testi götürüldüyü tarixdən etibarən qərarın tarixinədək əldə etdiyi bütün nəticələri ləğv olunur.
Bu isə o deməkdir ki, haqqında danışılan idmançılar onsuz da cəzalandırılıblar. Bu addım idmançının həmin müddətdə qazandığı nəticənin böyük və kiçikliyindən, yarışın nüfuz və əhəmiyyətindən asılı olmayaraq atılır. Yəni qərar qəbul edilənə qədər idmançının hər hansı yarışda iştirakının heç bir əhəmiyyəti yoxdur. Bu səbəbdən də həmin hesabatda qeyd edilən bu və digər iddialar əsassız, qərəzli xarakter daşıyır. Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbərliyi belə bir "təşəkkür" məktubu yazmayıb. MOK-un rəhbərliyinin belə bir məktub yazması mümkünsüzdür və bu cür iddia ilə çıxış edilməsi aşkar qərəzdən başqa bir şey deyildir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
İsmail Kartal yoxa çıxdı
XƏBƏR LENTİ
-
Ərini öldürüb basdırdığı yerə gül əkən qadına 12 il HƏBS CƏZASI
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?





