İdman

Çempionatı iyunda bərpa olunacaq 15 ölkənin siyahısı bəlli olub

3 İyun 2020 15:39
Baxış: 1 185
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropada futbol yavaş-yavaş öz axarına düşür.

Milli.Az Apasport-a istinadən xəbər verir ki, koronavirus pandemiyası səbəbindən dayandırılan 53 ölkə çempionatının bəziləri artıq bərpa olunub.

Həmçinin iyunda da mövsümü bərpa etmək qərarına gələn ölkələr var. Konkret olaraq 15 ölkənin bu ay ərzində çempionatdakı mübarizəni qaldığı yerdən davam etdirəcəyi tarix bəllidir. Onlar arasında Azərbaycan Premyer Liqası da var. Martda XX turdan sonra dayandırılan ölkə birinciliyi martın 21-də bərpa olunacaq.

İyunun 2-də avstriyalılar məcburi fasilədən sonra ilk oyunlarını keçiriblərsə, bu gün Portuqaliya çempionatında XXV, Albaniya liqasında isə XXVII turun açılış görüşləri olacaq. Bundan başqa, Yunanıstan, Rumıniya iyunun 6-da, İspaniya 11-də, Türkiyə 12-də, Slovakiya 13-də, İsveç, Qazaxıstan 14-də, Norveç 16-da, İngiltərə 17-də, Rusiya 19-da, İsveçrə, İtaliya 20-də ölkə çempionatını bərpa etmək qərarına gəlib.

Belçika, Niderland, Fransa, Şotlandiya, Kipr, Lüksemburq, Malta, Uels və Cəbəllütariq kimi ölkələrdə isə mövsüm vaxtından əvvəl başa çatdırılıb. Bəzi ölkələr isə hələlik yekun qərarını verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory