İdman

La Liqada hər gün oyun olacaq

17 May 2020 23:59
0 Şərh     Baxış: 2 112
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus pandemiyası üzündən dayandırılan İspaniya La Liqasında mövsümün bərpasından sonra oyunların keçirilmə qrafiki müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, La Liqa və İspaniya Kral Futbol Federasiyası qarşıdakı matçların planını razılaşdırıb.

İyunda bərpa olunacaq çempionatın oyunları həftənin hər günü keçiriləcək. Həftənin 7 gününü əhatə edəcək matçlar elə təşkil ediləcək ki, eyni komandanın iki görüşü arasında ən azı 72 saat olsun.

Təqvim tərtib olunarkən iqlim də nəzərə alınacaq. Şimal bölgələrində oyunlar tez başlayacaq. Razılaşma yaxın günlərdə təsdiqlənərək rəsmən açıqlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.