İdman

Azərbaycan klubunun sabiq baş məşqçisi 70 yaşında ata olacaq - FOTO

14 May 2020 13:04
1 Şərh     Baxış: 1 955
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı "İnter"nin (hazırkı "Keşlə") sabiq vitse-prezidenti və baş məşqçisi Anatoli Konkov ata olacaq.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, ukraynalı mütəxəssisin 70 yaşında övladı dünyaya gələcək.

Bu barədə onun özündən iki dəfə kiçik olan həyat yoldaşı Mariya şəxsi "Instagram" səhifəsində paylaşım edib. O, hamilə qaldığına işarə edərək, "Həyatımda ilk dəfə belə ideal pres yığmışam" yazıb.

Qeyd edək ki, cütlük münasibətlərini 2017-ci ildə rəsmiləşdirib. Onlar hətta Kiyev kilsələrindən birində nikah da bağlayıblar.

Anatoli Konkov 2004-2006-cı illərdə "İnter"də çalışıb. Onun dövründə paytaxt təmsilçisi yalnız 2004/05 mövsümündə Azərbaycan Kubokunun finalçısı olub və həlledici görüşdə "Bakı"ya uduzub - 1:2. 2012-2015-ci illərdə isə Konkov Ukrayna Futbol Assosiasiyasının prezidenti olub. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.