İdman

Quardiolanı "Barselona"ya qaytarmaq istəyir

12 May 2020 20:34
0 Şərh     Baxış: 1 446
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Joan Laporta yenidən "Barselona"nın prezidenti olmaq niyyətindədi.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Laporta 2021-ci ildə keçiriləcək seçkilərdə iştirak etmək qərarına gəlib. 57 yaşlı funksioner Pep Quardiolanı "Barselona"ya qaytarmağı planlaşdırdığını da gizlətməyib:

"Quardiolanın yenidən komandanın baş məşqçisi olmasını istəyirəm. Amma indi o, "Mançester Siti"dədi və özü bu barədə qərar qəbul etməlidi. Pep "Barselona" üçün etalondu. Katalonların əksəriyyəti onu yenidən baş məşqçi postunda görmək istəyir".

Laporta 2003-2010-cu illər aralığında katalon klubunun prezidenti olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.