İdman

Portuqaliya klubunda koronavirus şoku

11 May 2020 14:03
0 Şərh     Baxış: 943
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Portuqaliyanın "Vitoria" klubunda üç futbolçuda koronavirus aşkarlanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, klubun bütün işçiləri, futbolçu və məşqçi heyətindən koronavirus testi götürülüb. Futbolçulardan üçünün testi müsbət nəticə verib.

Onların adı açıqlanmır. Hər üç futbolçu evlərində karantinə alınıblar, vəziyyətlərinin yaxşı olduğu bildirilir.

Komandanın yerdə qalan futbolçularının məşqlərə başlayacağı da diqqətə çatdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.