İdman

UEFA Azərbaycan klublarına pul ödədi

7 May 2020 12:33
Baxış: 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Millətlər Liqasının 2018/2019-cu il mövsümündə və Avro-2020-nin seçmə mərhələsində futbolçuları A milli komandaların heyətinə cəlb olunmuş klublar üçün 1 milyon 137 min 773,20 avro vəsait ayırıb.

Milli.Az AFFA-ya istinadən xəbər verir ki, artıq nəzərdə tutulan vəsait AFFA-nın vasitəsilə  Azərbaycan klublarının hesabına köçürülüb.

"Qarabağ" - 436 min 696,69 avro

"Neftçi" - 210 min 117,58 avro

"Səbail" - 172 min 144,67 avro

"Sabah" - 88 min 895,90 avro

"Qəbələ" - 80 min 514,21 avro

"Sumqayıt" - 64 min 651,56 avro

"Zirə" - 47 min 870,83 avro

"Keşlə" - 36 min 881,76 avro

"Keşlə" Klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda  Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.