İdman

"İnter"in 25 futbolçusunda koronavirusun əlamətləri var

21 Aprel 2020 23:27
0 Şərh     Baxış: 1 534
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın "İnter" klubunun futbolçusu Romelu Lukaku komandanın əksəriyyətində koronavirus infeksiyası əlamətlərinin olduğu barədə danışıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Football İtaliya" portalı xəbər yayıb.

"Dekabrın sonunda bir həftə istirahət etdik. Sonra işə qayıtdıq və komandadakı 25 oyunçudan 23-ü xəstələndi. "Kalyari" ilə oyun keçirdik. Təxminən 25 dəqiqədən sonra oyunçularımızdan biri meydandan getməyə məcbur oldu.Hər kəsdə öskürək və hərarət var idi", - deyə Lukaku İnstaqram səhifəsində bildirib.

Oyunçuların o zaman koronavirus üçün test edilmədiyi qeyd olunur. Ölkədə ilk rəsmi yoluxma hadisəsi fevral ayının sonlarında qeydə alınıb. A seriyasının futbolçuları arasında ilk yoluxma halı martın 12-də "Yuventus"un müdafiəçisi Daniele Ruqanidə aşkarlanıb. İtaliya futbol çempionatı martın 10-da qeyri-müəyyən müddətə dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.