İdman

"Turnir cədvəlinə baxmıram" - Tərlan Əhmədov

2 Fevral 2020 21:17
0 Şərh     Baxış: 930
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bilirdik ki, uzun fasilədən sonra ilk oyun çətin olur. Buna baxmayaraq, futbolçularımın oyunundan, əzmkarlığından razı qaldım".
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 15-ci turunda "Qəbələ"yə qalib gəldikləri oyundan (2:1) sonra mətbuat konfransında deyib.

O, qələbəni belə şərh edib: "Ruslan Qurbanovun oynamaması bizim üçün böyük itki idi. Lakin bu gün mütləq qələbə qazanmaq istəyirdik. "Qəbələ" komandasına isə gözəl oyuna görə təşəkkür edirəm. Turnir cədvəlinə baxmıram. İndi kimin hansı sırada olmasının heç bir əhəmiyyəti yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.