İdman

Futbolçu forma nömrəsini unutdu - VİDEO

9 Dekabr 2019 22:28
0 Şərh     Baxış: 1 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa Liqasının son turunda keçirilən "Monako" - "Amiens" matçında (3:0) maraqlı anlar yaşanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, görüşün 81-ci dəqiqəsində "Monako"nun  oyunçu dəyişikliyi zamanı hakim tablosunda 14 nömrəli futbolçunun meydandan çıxmalı olduğu göstərilib.

Timue Bakayoko nömrənin ona aid olduğunu zənn edərək meydançadan çıxmağa cəhd göstərib. Yalnız 4-cü hakimin xəbərdarlığı ilə o, səhvini başa düşərək meydana qayıdıb.

Qeyd edək ki, fransalı yarımmüdafiəçi 2014-2017 illərdə "Monako"da 14 nömrəli formada çıxış edib. Hazırda icarə əsasında Fransa klubunda oynayan 25 yaşlı futbolçu 6 nömrəli formanı geyinir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.