İdman

Yeni baş məşqçi Ramil Şeydayevi ehtiyatda saxladı

21 Oktyabr 2019 10:14
0 Şərh     Baxış: 998

Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilib.

Milli.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Moskva "Dinamo"su evdə "Krasnodar"la 1:1 hesablı heç-heçə edib.

Komandanın yeni baş məşqçisi Kiril Novikov Şeydayevi oyuna buraxmayıb. 22 yaşlı forvard sonadək ehtiyatda qalıb.

"Dinamo" turnir cədvəlində 11 xalla 15-ci yerdə qərarlaşıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.