"Məğlub olsaq da, oyunumuz pis alınmadı"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Futzal üzrə "Caspian Cup-2019" turnirində Rusiya ilə keçirilmiş oyundan sonra Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli federasiyanın rəsmi saytına müsahibə verib. Milli.Az müsahibəni təqdim edir:
- Oyunu necə xarakterizə edərdin?
- Pis başlamadıq. Rəqibin təzyiq edəcəyini bilirdik. Bizdə isə müəyyən problemlər var idi. Ən əsası hazırkı heyət üzvlərinin son vaxtlarda bir komandada az oynamasıdı. Çünki əksəriyyəti fərqli çempionatlarda, fərqli baş məşqçilərin rəhbərliyi altında çıxış edirlər. Polleto və Kardoso isə məşqlərdə iştirak etmədən meydana çıxmışdılar.
- Birinci hissədəki səhvlər bunun nəticəsi ola bilərmi?
- Baş məşqçinin xüsusi taktikası var ki, onlar bunu bilmirdilər. Demək olar, birinci hissədə adaptasiya oldular. İkinci hissədə "5-in 4-ə" çox oynadıq və əvvəlki oyunlarla müqayisədə daha diqqətli olduq, topu özümüzdə çox saxladıq. Pis alınmadı.
- Məğlubiyyətdən qaçmaq olardımı?
- Əlbəttə, olardı. Epizodlarımız oldu ki, onları reallaşdırmalı idik. Hakimlərin də öz millilərinə simpatiyası və köməyi hiss olunurdu. Bunu bəhanə etmirik. Fasilədən sonra bizim 5-10 faiz üstünlüyümüz var idi.
- Avqustda Belarusla keçirilmiş oyunlarla müqayisədə futzalçıların durumunda fərq hiss olunurdu...
- Təbii ki, hiss olunurdu. Həmin vaxt yay tətilindən yeni gəlmişdik. Düz əməlli məşqlər keçməmişdik. Ancaq bir aylıq müddətdə həm fiziki, həm taktiki məşqlər keçdik, çempionat oyunlarında iştirak etdik. Formamızı bərpa etmişik. Bu gün Rusiya yığması kimi güclü rəqibə məğlub olduq, amma oyunumuz pis alınmadı.
- Növbəti oyunda turnirdəki ən reytinqli komandaya qarşı çıxış edəcəksiniz.
- İran millisi güclü komandadı və Qazaxıstanla qarşılaşmada qələbə qazandılar. Tanış rəqibdi. Onlarla adətən 3:3 hesablı heç-heçələr edirdik. İranlı oyunçular təkbətək mübarizələrə üstünlük verirlər. Baş məşqçimiz onları izləyib. Necə oynayacağımızı sabah bizə deyəcək. Rusiyaya qarşı oynadığımızdan daha yaxşı çıxış edəcəyik.
- Hazırkı turnirdəki komandalarla seçmə mərhələdəki rəqiblərimizi müqayisə etmək olarmı?
- Burdakı komandalar çox güclüdülər və reytinqəki mövqeləri də bunu isbatlayır. İran Braziliya kimi millini udmuşdu, Rusiya Avropa, dünya çempionatlarının finalında oynayır, Qazaxıstan futzalı da sayılıb-seçilənlərdəndi. Ancaq unutmaq olmaz ki, bütün dünyada futzal inkişaf edir. Reytinqdə, oyun üslubunda bu komandalar fərqli olsalar da, hər bir oyunun öz məsuliyyəti var. 40 dəqiqənin tamamında güclü qalib gələcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Sabirabadda uşaq ölü doğulub
-
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə necə müəyyən olunur?
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır
-
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı şəhid övladını ilk dərsə apardı - (Foto)





