İdman

“Traktor” səfərdən 1 xalla döndü

16 Sentyabr 2019 10:04
2 Şərh     Baxış: 1 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə İran çempionatında 3-cü turun oyunları keçirilib.

Milli.Aaz xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə "Zobahan"la qarşılaşıb. Türkiyəli mütəxəssis Mustafa Dənizlinin çalışdırdığı Təbriz klubu bu oyundan xal itkisi ilə ayrılıb - 0:0.

Təbrizin elitadakı təmsilçisi "Maşinsazi" isə bu tur "Padideh"ə doğma meydanda məğlub olub - 0:1.

"Traktor" hazırda 5 xalla 16 kollektiv arasında 4-cü, "Maşinsazi" isə 3 xalla 10-cudu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.